"Arsenal" yaponiyalı müdafiəçi ilə gücləndi

İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib

Newsport.az-ın məlumatına görə, London təmsilçisi İtaliyanın "Bolonya" klubunun müdafiəçisi Takehiro Tomiyasunu rənglərinə bağlayıb. "Topçular" transferi yaxın zamanda açıqlayacaq.

İngiltərə mətbuatının yazdığına görə, "Arsenal" Yaponiya millisinin üzvü üçün "Bolonya"ya 20 milyon avro və 3 ilyon avro bunus şəklində ödəniş edəcək. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Takehiro Tomiyasu "Bolonya"ya 2018-ci ildə Belçikanın "Sent-Truden" klubundan keçib. O, son mövsümdə meydana çıxdığı 33 oyunda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right