"Qalatasaray"ın hücumçusu Mustafa Məhəmməd karyerasını Fransada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi misirli forvardı "Bordo"ya satır. 23 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün Fransaya yola düşüb.
"Qalatasaray" Mustafa Məhəmmədi Misirin "Zamalek" klubundan 4 milyon dollara satın amaq şərtilə 1,5 illik icarəyə götürüb. "Sarı-qırmızılar" bu məbləği ödəyib oyunçunun transfer hüququnu əldə edəcək və onu "Bordo"ya daha baha qiymətə satacaq.
Qeyd edək ki, Mustafa Məhəmməd "Qalatasaray" forması ilə 25 oyunda meydana çıxıb və 9 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.