"Fənərbaxça" yeni transferi ilə yollarını ayırır

"Fənərbaxça" yeni transferi Stiven Kokerlə yollarını ayrımağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, ingilis müdafiəçini komandanın yeni baş məşqçisi Vitor Pereyra gələcək planlarında düşünmür. Bu səbəbdən İstanbul təmsilçisi 29 yaşlı oyunçunun müqaviləsini pozmağa qərar verib.

Koker karyerasını Türkiyənin digər təmsilçisi "Qaziantep"də davam etdirəcək. Müdafiəçi yayda "Alanyaspor"dan "Fənərbaxça"ya keçmişdi. O, "Tottenhem", "Liverpul", "Sauthempton", KPR, "Suonsi Siti" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right