Türkiyənin "Adana Dəmirspor" klubu daha bir transfer reallaşdırıb.
Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Belçikanın "Brügge" klubunun müdafiəçisi Simon Delini transfer edib. 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Fil Dişi Sahilindən olan futbolçu 2019-cu ildə "Slaviya"dan (Praqa) "Brügge"yə 2,5 milyon avro qarşılığına keçmişdi.