Lennon İngiltərəyə qayıtdı

İngiltərənin “Bernli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi İngiltərə yığmasının sabiq futbolçusu Aaron Lennonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Karyerası ərzində “Lids”, “Tottenhem”, “Everton” kimi klublarda çıxış edən Lennonun son ünvanı Türkiyə “Kayserispor”u olub. Vinger İngiltərə yığmasında 22 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right