Millinin baş məşqçisi: “Ronaldonun zədəli olub-olmadığını bilmirəm”

Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş bu gün DÇ-2022-nin seçmə mərhələsində İrlandiya və Azərbaycanla matçlardan əvvəl mətbuat konfransı təşkil edib.

Newsport.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis deyib:

"İrlandiya, Qətər və Azərbaycanla oyuna çağırdığım heyəti 40 namizəd arasından seçmişəm. Qarşıdakı oyunların çətinliyi bizdən asılı olacaq. Futbolçular klublardakı iki aylıq fasilədən sonra uyğunlaşa bilməyiblərsə, bu, milli üçün daha pisdir. Bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Məsələn, götürək İrlandiyanı. Bu komanda Serbiyaya qarşı gözəl futbol oynadı".

Santuş, yığmanın kapitanı, "Yuventus"da  çıxış edən Kriştiano Ronaldunun durumu haqqında danışıb:
 
"Ronaldonun zədəli olub-olmadığını bilmirəm. Mən bunu yalnız xəbərlərdə görmüşəm. Əminəm ki, sağlamdır. Çünki millinin həkimləri bizə heç nə bildirməyib. Əgər hər hansı problemi olsaydı, ona icazə verərdim".

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right