"Fənərbaxça" "Arsenal"ın futbolçusunu transfer etdi

"Fənərbaxça" "Arsenal"ın müdafiəçisi Sead Kolaşinatsın transferini həll edib.

Newsport.az-ın məlumatına görə, bosniyalı cinah müdafiəçisi transfer hüququnu London təmsilçisindən almağı bacarıb. İstanbul təmsilçisi 3 illik razılıq əldə edən 28 yaşlı futbolçu tezliklə Türkiyəyə gələcək və tibbi müayinədən keçəcək.

O, illik 1,8 milyon avro maaş alacaq. Kolaşinats performansına və komandanın uğurlarına görə əlavə 700 min avro qazana bilər.

Bosniya və Herseqovina yığmasının üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Şalke"də keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right