Burak Yılmaz "Nitsa"ya keçir?

"Lill"in prezidenti Olivye Letanq Burak Yılmazın komandadakı gələcəyindən söz açıb.

Newsport.az-ın məlumatına görə, klub prezidenti "Nitsa"ya keçəcəyi gözlənilən Türkiyə millisinin hücumçusunun "Lill"də qalacağını bildirib:

"Nitsa"nın bizdən xəbərsiz, Burakla danışığa keçdiyini bilirik. Burak Yılmaz mənə və baş məşqçiyə komandada qalmaq istədiyini söyləyib. Onun komandadan ayrılmaq fikri yoxdu. Önəmli olan da budu. Burakın "Lill"dən ayrılması mümkünsüzdü".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right