"Hatyaspor"un hücumçusu Aron Bupendzanın Qətərin "Əl-Ərəbi" klubuna transferi həll olub.
Newsport.az-ın məlumatına görə, qabonlu forvard müqavilə imzalamaq üçün Qətərə yollanıb. 25 yaşlı hücumçu yeni klubu ilə 3 illik razılığa gəlib.
Türkiyə klubu bu keçid üçün 5 milyon avro təzminat alıb. Qabon millisinin üzvü illik 2 milyon avro maaş alacaq.
Bupendza ötən mövsüm 20 qolla Super Liqanın bombardiri olmuşdu.