Əmrə Mor Türkiyəyə qayıdır

İspaniyanın "Selta" klubunda əsas heyətə həsrət qalan Əmrə Mor Türkiyəyə qayıdır.

Newsport.az-ın məlumatına görə, intizamsız futbolçu kimi ad çıxaran türkiyəli futbolçu "Fatih Karagümrük" ilə anlaşıb. 

24 yaşlı türkiyəli vinger "Selta" tarixinin ən bahalı transferidir. Viqo klubu onu "Borussiya"dan 13 milyon avroya transfer etmişdi.

Əmrə Mor daha öncə Türkiyədə "Qalatasaray"da çıxış etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right