"Beşiktaş"dan meydanda huşunu itirən futbolçu ilə bağlı açıqlama

Türkiyə Super Liqasının 2-ci turunda keçirilən “Qaziantep” – “Beşiktaş” matçında futbolçusu Fabris Nsakala huşunu itirib.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi həkimlərin müdaxiləsindən sonra dərhal xəstəxanaya aparılıb. Nsakalanın durumu ilə bağlı İstanbul təmsilçisi məlumat yayıb. Klub Konqo əsilli fransalı futbolçunun yaxşı olduğunu bildirib. O, İstanbuldakı klinkaların birinə köçürüləcək.

“Qaziantep” – “Beşiktaş” matçında hesab açılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right