"Fənərbaxça" vingeri Mame Baba Tiam ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, Seneqal millisinin üzvü karyerasını Super Liqanın digər təmsilçisi "Kayserispor"da davam etdirəcək. Klub prezidenti Berna Gözbaşı bu keçidi sosial şəbəkə hesabında bəyan edib.
28 yaşlı futbolçu 2020-ci ildə "Kasımpaşa"dan "Fənərbaxça"ya keçmişdi.