Qalatasaray"ın futbolçusuna 8 oyun cəza

Türkiyə Super Liqasının I turunda keçirilən "Giresunspor" - "Qalatasaray" matçında komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vuran və meydandan qovulan Markaonun cəzası açıqlanıb.

Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın braziliyalı müdafiəçisini 8 oyunluq diskvalifikasiya edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Markao həm də 21 min türk lirəsi (4200 manat) məbləğində cərimələnib.

"Girəsunspor" - "Qalatasaray" matçı qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right