"Qarabağ"ın yeni transferi "Kocaelispor"a keçməyə razı olub? FOTO

“Qarabağ”ın yeni transferi İbrahima Vadjiyə Türkiyə klubundan da maraq göstərənlər olub.

Newsport.az-ın məlumatına görə, Türkiyə mətbuatı seneqallı forvardın “Kocaelispor”a icarə əsasında keçəcəyini yazıb.

Maraqlısı budur ki, Vadjinin İzmir klubuna keçəcəyi xəbəri dünən, yəni forvardın “Qarabağ”la müqavilə imzaladığı gün yazılıb.
Türkiyə mətbuatının iddiasına görə, hücumçu "Kocaelispor"da icarə əsasında çıxış edəcəkmiş. Amma görünən budur ki, afrikalı hücumçu Türkiyə birinci liqa klubuna icarə əsasında keçməkdənsə, “Qarabağ”a transfer olmağa üstünlük verib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right