HİK-in baş məşqçisi Toni Koskela Avropa Liqasının pley-off mərhələsinin “Fənərbaxça” ilə matçından əvvəl keçirilən mətbuat konfransında çıxış edib.
Newsport.az-ın məlumatına görə, finlandiyalı mütəxəssis “Neftçi” haqda da fikirlərini bildirib: “Bu mövsüm ən zəif oyunumuzu “Neftçi” ilə görüşün ilk yarısında göstərdik. Son matçda meydana çıxan bütün futbolçularımızı İstanbula gətirmişik.
“Malmö” və “Fənərbaxça” güclü kollektivlərdi. “Neftçi” və “Fənərbaxça”nı müqayisə etsək, türk klubunun açıq futbol oynadığını və Bakı komandasının onlardan açıq-aşkar zəif olduğunu söyləmək mümkündü. Amma “Fənərbaxça” ilə oyuna hazırlaşmaq çətin olmadı, çünki onların oyununu daha yaxşı bilirik”.