"Qalatasaray" braziliyalını heyətə daxil etmədi

"Qalatasaray"ın Avropa Liqasının pley-off mərhələsinin "Randers"lə oyunlarının heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Fatih Tərim 23 nəfərlik heyətə Markaonu daxil etməyib.

Komandanın baş məşqçisinin bu qərarının Markaonun Türkiyə Super Liqasının ilk turunda "Giresunspor"la (2:0) matçda komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vurması ilə əlaqələndirilir.

Avqustun 19-da keçiriləcək "Qalatasaray" - "Randers" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right