Vüsal İsgəndərli Türkiyədə debüt etdi

Türkiyə 1-ci liqasında 2021/22 mövsümünə start verilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Keçiörengücü” də yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Vüsal da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right