Mişi Batşuayi "Beşiktaş"da

"Beşiktaş" hücum xəttini gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Çelsi"nin hücumçusu Mişi Batşuayini icarəyə götürüb. Belçika millisinin üzvü 1 il "qara qartallar"da çıxış edəcək. Tərəfələr bu barədə razılığa gəliblər.27 yaşlı futbolçunun 1 mövsüm ərzində qazancı 2,4 milyon avro olacaq.

Batşuayi ötən mövsümü İngiltərənin "Kristal Pelas" klubunda icarədə keçirib. O, meydana çıxdığı 20 matçda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

"Çelsi" Batşuayini 2016-cı ildə "Marsel"dən 36 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right