"Bursaspor" Namiq Ələsgərovun transferini tamamladı

"Neftçi"nin futbolçusu Namiq Ələsgərovun Türkiyənin "Bursaspor" klubuna keçidi tamamlanıb.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2+1 illik razılıq əldə edilib. Onun transferinin gün ərzində açıqlanacağı gözlənilir.

Namiq 2017-ci ildən "Neftçi"də çıxış edir. O, ötən mövsüm 19 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right