Son Fransa çempionu "Lill" "Trabzonspor"un qapıçısı Uğurcan Çakırı transfer etmək istəyir.
Newsport.az-ın məlumatına görə, əsas qapıçısı Mayk Meynanı "Milan"a satan "çoban itləri" çərçivəni 25 yaşlı qapıçıya həvalə etmək istəyir. Liqa 1 klubunun tezliklə danışıqlara başlayacağı gözlənilir.
Uğurcanın "Trabzonspor"la müqaviləsi 2024-cü ilin yayına qədərdir. Fransa klubunda Burak Yılmaz, Zeki Çelik, Mustafa Kapı və Yusuf Yazıçı kimi türk futbolçular da çıxış edir.