"Fənərbaxça"nın hücumçusu Kemal Ademi Rusiyanın "Ximki" klubuna transfer olub.
Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb. Almaniya və İsveçrə vətəndaşlığı olan oyunçu yeni klubunda 9 nömrəli formada çıxış edəcək. Onun keçidi "Ximki"yə 800 min avroya başa gəlib.
Rusiya təmsilçisində Azərbaycanın U-20 millisinin üzvü olmuş 22 yaşlı hücumçu Kamran Əliyev də çıxış edir.
"Fənərbaxça" Ademini 2020-ci ildə "Bazel"dən 1,4 milyon avroya transfer etmişdi.