"Fənərbaxça" növbəti transferini rəsmiləşdirib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisini "Kasımpaşa"nın oyunçusu Çağtay Kurukalıpı transfer edib. 19 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün "Fənərbaxça" təzminat ödəməyib.
Qeyd edək ki, Çağtay yeni klubu ilə artıq ilk məşqə çıxıb.