"Atletiko"dan ayrılan Dieqo Kostanın yeni klubu hələ ki müəyyənləşməyib.
Newsport.az-ın məlumatına görə, İspaniya millisinin keçmiş üzvü karyerasını Türkiyədə davam etdirə bilər. Hücumçu axtarışında olan "Beşiktaş" 32 yaşlı hücumçu ilə danışıqlar aparır. Məlumata əsasən, İstanbul təmsilçisi Kostaya illik 4 milyon avro maaş təklif edib.
Kosta Braziliyanın "Barselona" klubunun yetirməsidir. O, Avropa karyerasına 2006-cı ildə Portuqaliyanın "Braqa" klubunda başlayıb. "Atletiko" hücumçunu 2007-ci ildə "Braqa"dan 1,5 milyon avroya transfer edib. O, 2014-cü ildə 38 milyon avroya "Çelsi"yə transfer olub. Madrid təmsilçisi 4 il sonra keçmiş hücumçusunu 60 milyon avro qarşılığında yenidən heyətinə qatmışdı.