Türkiyənin "Fatih Karagümrük" klubu hetətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi mərakeşli müdafiəçi Medhi Benatyanı rənglərinə bağlayıb. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Son olaraq Qətərin “Əl-Duhail” klubunun formasını geyinmiş təcrübəli futbolçu azad agent kimi transfer olunub. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır.
Benatya 2019-cu ildən “Əl-Duhail”də çıxış edirdi. O, daha öncə “Tur”, “Klermon”, “Udineze”, “Roma”, “Bavariya” və “Yuventus” klublarının da formasını geyinib.