"Beşiktaş" "Lester Siti"nin futbolçusunun transferini tamamladı

"Beşiktaş" Əlcəzair millisinin üzvü Rəşid Gözəllə anlaşıb.

 

Newsport.az xəbər verir ki, "ağ-qaralar" 29 yaşlı futbolçunun transfer hüququnu almaq üçün "Lester Siti" ilə uğurlu danışıqlar aparıb. Təcrübəli futbolçu ilə 4 illik razılıq əldə edilib. Onun illik maaşı 3 milyon avro olacaq.

 

Rəşid Gözəl ötən mövsüm icarə əsasında İstanbul klubunda çıxış etmişdi. O, 35 oyunda 8 qol və 18 məhsuldar ötürmə ilə yadda qalmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right