Türkiyə millisinin keçmiş üzvü "Trabzonspor"da

Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Qara Dəniz təmsilçisi Türkiyə millisinin keçmiş üzvü İsmayıl Köybaşını transfer edib. 32 yaşlı sol cinah müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində "Qaziantepspor", "Beşiktaş", "Fənərbaxça" və "Qranada"da oynayan futbolçunun son klubu "Çaykur Rizəspor" olub. İsmayıl Köybaşı Türkiyə millisinin heyətində 28 matçda meydana çıxıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right