"Qalatasaray" baş məşqçisi Fatih Terimin müqavilə müddətini uzadıb.
Newsport.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssislə 3 illik sözləşmə imzalanıb. Klub tezliklə bununla bağlı rəsmi açıqlama verəcək.
"Sarı-qırmızılar" ötən mövsüm Super Liqada 2-ci olub.