"Beşiktaş" "Real Sosyedad"ın hücumçusu üçün təklif yolladı

"Beşiktaş" İspaniyanın "Real Sosyedad" klubunun hücumçusu Villian Jozeni heyətinə cəlb etmək istəyir.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi 29 yaşlı futbolçunu satın alma şərti ilə icarəyə götürmək üçün hərəkətə keçib. Braziliyalı oyunçunun agenti Türkiyədə klub rəsmiləri ilə uğurlu danışıqlar aparıb.

"Qara qartallar" La Liqa klubuna ilk təklifini yollayıb.

Villian Joze ötən mövsümün ikinci yarısını icarə əsasında "Vulverhempton"da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right