İtaliya yığmasının müdafiəçisi Alessandro Florensi PSJ-dən ayrılıb.
Newsport.az xəbər verir ki, 30 yaşlı futbolçu bunu sosial şəbəkə hesabında yaydığı vida mesajı ilə açıqlayıb.
Qeyd edək ki, Florensi müqavilə ilə İtaliyanın “Roma” klubuna məxsusdur. O, icarə əsasında oynadığı PSJ-də geridə qalan mövsümdə 36 matça çıxıb və 2 qol vurub. Təcrübəli futbolçu bu yay İtaliya millisi ilə Avropa çempionu olub.