Türkiyə Super Liqasına vəsiqə qazanan "Adana Dəmirspor" klubu yeni transferini açıqlayıb.
Newsport.az xəbər verir ki, debütant azad agent statusu daşıyan İtaliya millisinin keçmiş futbolçusu Mario Balotelli ilə 3 illik müqavilə imzalayıb.
30 yaşlı hücumçu son olaraq İtaliya B Seriya təmsilçisi "Montsa"da oynayıb.O, aşağı liqada keçirdiyi 14 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.
"Adana Dəmirspor" bundan öncə mərakeşli yarımmüdafiəçi Yunes Belhanda və konqolu hücumçu Britt Assombalonqanı transfer edib.