“Beşiktaş”da 4 yeni müqavilə

“Beşiktaş” 4 futbolçusu ilə müqaviləni uzadıb.

Newsport.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son çempion Atiba Hatçinson, Necip Uysal, Gökhan Töre və Utku Yuvakuran ilə yeni müqavilə bağlayıb. Hatçinson və Töre 1, Uysal 2, Yuvakuran isə 3 illik sözləşməyə imza atıb.
 
Qeyd edək ki, kanadalı yarımmüdafiəçi Atiba Hatçinson 2013-cü ildən “Beşiktaş”da çıxış edir. Necip Uysal “Beşiktaş”ın öz yetirməsidir. 30 yaşlı futbolçu karyerası ərzində yalnız “qara qartallar”ın uğurları üçün çalışıb. Gökhan Töre ötən ilin yayından “Beşiktaş”da oynayır. O, 2013-2019-cu illərdə də İstanbul təmsilçisində çıxış edib. 23 yaşlı qapıçı Utku Yuvakuran isə 2016-cı ildən “Beşiktaş”dadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right