"Fənərbaxça" heyətinə yeni futbolçu cəlb edib.
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi son klubu "Alanyaspor" olan Stiven Kokerlə razılığa gəlib. 29 yaşlı müdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacağı bildirilib.
Qeyd edək ki, Koker karyerası ərzində “Liverpul”, “Tottenhem”, “Kardiff Siti” kimi klublarda çıxış edib. O, İngiltərə yığmasında 1 oyun keçirib. Koker 2019-2021-ci illərdə "Alanyaspor"da oynayıb.