Cüneyt Çakır rekorda şərik oldu

Türkiyə Futbol Federasiyasınn hakimi Cüneyt Çakır üçün Avro-2020-nin qrup mərhələsinin Ukrayna - Avsrtiya oyunu (0:1) əlamətdar olub.

Newsprot.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu matç 44 yaşlı hakimin Avropa çempionatlarının final mərhələsində idarə etdiyi 8-ci görüş olub. Beləliklə, o, bu göstəricidə hakim Anders Friskin rekordunu təkrarlayıb.

C.Çakır Avro-2008 və Avro-2012-nin hərəsində 3, Avro-2020-də isə indiyə kimi 2 qarşılaşmada baş hakim olub. O, bu görüşlərdə ümumilikdə 31 sarı və 1 qırmızı vərəqə göstərib. Çakıra daha bir matç həvalə olunacağı təqdirdə, yeni rekord müəyyənləşdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right