Avropa çempionatında qrup mərhələsinin 3-cü turuna start verilir.
Newsport.az-ın məlumatına görə, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha iki qarşılaşma baş tutacaq.
Qrup mərhələsinin sonuncu – 3-cü turunun ilk oyun günündə A qrupunun qarşılaşmaları keçiriləcək.
Sonuncu sırada qərarlaşan Türkiyə yığması İsveçrə ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Türkiyə millisi sözügedən oyunda qələbə qazansa belə, 1/8 finala yüksəlmək üçün digər qruplardakı oyunlarının nəticələrini gözləməli olacaq.
Qrupun digər matçında lider İtaliya Uelslə qarşılaşacaq. İtaliya yığması iki turdan sonra 1/8 finala vəsiqəni təmin edib. Uelsə isə növbəti mərhələ üçün heç-heçə də sərf edir.
Avropa çempionatı
A qrupu, 3-cü tur
20:00. İsveçrə - Türkiyə - 3:1
Qollar: Seferoviç, 6, Şakiri, 26, 67 - İrfancan Kahveci, 62
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu.
20:00. İtaliya - Uels - 1:0
Qol: Pessina, 39
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
Roma, "Olimpiko" stadionu.