Super Liqa klubunda ayrılıq

Türkiyənin “Sivasspor” klubu qapıçısı Mamadu Samassa ilə yollarını ayırıb. Newsport.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə müqaviləsinin müddəti bitən 31 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
 
Qeyd edək ki, Samassa 2019-cu ilin iyunundan “Sivasspor”un uğurları üçün çalışırdı. Fransada dünyaya gəlsə də, Mali yığmasının uğurları üçün çalışan qolkiper, daha öncə “Trua” və “Genqam” klublarında da forma geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right