Avro-2020-nin A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Azərbaycana gəlib.
Newsport.az-ın məlumatına görə, "ay-ulduzlular" az öncə paytaxtımıza çatıb.
Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.