“Türkiyə millisi güclüdür” – İmmobile

İtaliya yığmasının futbolçusu Çiro İmmobile AÇ-2020-nin qrup mərhələsinin Türkiyə ilə ilk oyunundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, İmmobile, 3:0 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Oyunda səbrli davrandıq. Türkiyə millisi güclüdür və bir çox komandalara problem ola bilib, qələbələr qazanıblar. İlk hissədə onları yormağa çalışdıq. Topu sürətlə sağa və sola ataraq, müdafiələrində boşluq açmağa çalışdıq.

Türkiyə ilk hissədən sonra yoruldu. Qoldan sonra müdafiədə daha çox boşluqlar verdilər. Biz də səviyyəmizi ortaya qoyaraq fərqi artırdıq.

AÇ-2020-dəki ilk oyunumda qol vurdum, bundan yaxşı nəsə ola bilməzdi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right