“Qalatasaray”dan bir gündə iki transfer

Türkiyənin “Qalatasaray” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Kasımpaşa”dan Aytaç Kara və “Göztəpə”dən Alpaslan Öztürkü transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aytaç Kara “Altay”ın yetirməsidir. O, daha öncə “Əskişəhərspor”, “Trabzonspor”, “Yeni Malatyaspor” və “Bursaspor”da da forma geyinib. 28 yaşlı futbolçu Türkiyə millisində də 2 rəsmi matça çıxıb.

Belçikada anadan olan Alpaslan Öztürk isə peşəkar karyerasına “Birşot”da başlayıb. O, Belçikata “Standard”ın da uğurları üçün çalışıb. 2014-cü ildən Türkiyəyə üz tutan futbolçu, burada “Kasımpaşa”, “Əskişəhərspor” və “Elazığspor”un formasını geyinib. 27 yaşlı futbolçu 2018-ci ildən “Göztəpə”nin uğurları üçün çalışırdı.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right