“Beşiktaş” “Sevilya”nın hücumçusu ilə danışıq aparır

İspaniyanın “Sevilya” klubunun futbolçusu Luk de Yonq karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı hücumçu ilə “Beşiktaş” klubu yaxından maraqlanır. Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, Super Liqanın son qalibinin artıq de Yonqla danışıqlar apardığı bildirilib.

“Sevilya” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan hücumçu ilə Niderlandın PSV klubu da yaxından maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right