“Qarabağ”ın sabiq hücumçusu Türkiyə klubunda?

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər. Newsport.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə “Kocaelispor” klubu yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 1-ci liqa təmsilçisi yaxın zamanda Ndlovu ilə danışıqlara başlayacaq.
 
Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right