Avro-2020-nin başlamasına 1 gün qalmış İtaliya millisi heyətdə dəyişiklik etmək qərarına gəlib.
Newsport.az İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, texniki heyət yarımmüdafiəçi Lorenzo Pelleqrininin əvəzinə yığmaya Qaetano Kastrovillini daxil etmək istəyir. Buna səbəb isə Pelleqrinin məqşdə zədələnməsidir. İtaliya Futbol Federasiyası sözügedən dəyişiklik üçün artıq UEFA-ya müraciət ünvanlayıb.
Qeyd edək ki, Avro-2020-nin açılış matçında sabah İtaliya millisi Türkiyə yığması ilə qarşılaşacaq. Romadakı Olimpiya Stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.