"Çelsi"dən "İnter"in futbolçusu üçün 60 milyon avro

"Çelsi" "İnter"in futbolçusu Aşraf Hakimini transfer etmək istəyir.

Newsport.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, London təmsilçisi 22 yaşlı müdafiəçi üçün İtaliya klubuna 60 milyon avro təklif edib. Bu məbləği daha əvvəl PSJ gənc oyunçuya görə "İnter"ə ödəməyə hazır olduğunu bildirib. Bildirilib ki, "Çelsi" bu transfer uğrunda Paris klubu ilə mübarizədə qalib gəlmək üçün futbolçularından birini "İnter"ə təklif etməyi düşünür.

Qeyd edək ki, Hakimi ötən mövsüm 45 matçda meydana çıxıb, 7 qol vurub, 11 qolun ötürməsini verib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah