"Real"da baş məşqçi vəzifəsinə yeni namizəd

"Real" Zinəddin Zidanın istefa verməsindən sonra yeni baş məşqçi vəzifəsinə axtarışlarını davam etdirir.

Newsport.az "Cadena SER"ə istinadən xəbər verir ki, Madrid klubu "Everton"un hazırkı çalışdırıcısı Karlo Ançelotti ilə danışıqlar aparır.

Bundan əvvəl "Real"ın ehtiyat komandasının məşqçisi Raul Qonzales və "İnter"in sabiq çalışdırıcısı Antonio Kontenin "kral klubu"nu çalışdırmaqdan imtina etdiyi xəbərləri yayılıb.

Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə "Real"ın baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right