"Sportinq" "İnter"dən icarəyə götürdüyü Joao Marionu birdəfəlik alıb.
Newsport.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin saytı məlumat yayıb. Transferin məbləği barədə məlumat verilməyib. Portuqaliya mətbuat isə klubun İtaliya təmsilçisinə 8 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, J.Mario 2020/2021 mövsümündə "Sportinq"də 34 matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.