Türkiyə Super Liqasına vəsiqə qazanan "Adana Dəmirspor" klubu heyətini gücləndirməyə çalışır.
Newsport.az-ın məlumatına görə, debütant hazırda azad agent statusu daşıyan İtaliya millisinin keçmiş futbolçusu Mario Balotelliyə təklif göndərib. Bu barədə klubun prezidenti Murad Sancaq məlumat verib:
"Balotelliyə təklif göndərdik və qərarını gözləyirik. Denni Uelbek də gündəmimizdə idi, amma çox bahalı futbolçudur və onunla artıq maraqlanmırıq".
Balotelli son olaraq İtaliya B Seriya təmsilçisi "Montsa"da oynayıb. 30 yaşlı forvard aşağı liqada keçirdiyi 14 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.