UEFA “Real”, “Barselona” və “Yuventus”a intizam işi açdı

UEFA İspaniyanın “Real” və “Barselona”, eləcə də İtaliyanın “Yuventus” klublarına qarşı intizam işi açıb.

Newsport.az-ın məlumatına görə, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Belə bir qərar etika və intizam məsələləri üzrə inspektorların apardığı araşdırmalardan sonra qəbul edilib. İş UEFA-nın normativ-hüquqi bazasının mümkün pozuntusu ilə əlaqədar qaldırılıb. Proseslə bağlı əlavə informasiyanın daha sonra veriləcəyi vurğulanıb.

Qeyd edək ki, aprelin 19-da İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona”, “Real” və “Atletiko”, həmçinin İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasının yaradıldığını açıqlayıblar. Azarkeşlərin sərt etirazları, FİFA və UEFA-nın sanksiya hədələrindən sonra “Real”, “Barselona” və “Y





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right