“Qalatasaray”dan ayrılan Yunes Belhanda karyerasını Fransada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, mərakeşli yarımmüdafiəçi “Monpelye” ilə anlaşıb. Fransa klubu azad agent statusu daşıyan futbolçu ilə 3 illik razılığa gəlib.
31 yaşlı futbolçu 2017-ci ildən Türkiyə klubunda çıxış edirdi. O, "sarı-qırmızılar"da keçirdiyi 131 oyunda 22 qol vurub, 26 məhsuldar ötürmə edib.