Azərbaycan klubu norveçli futbolçuya dəvət göndərdi

APOEL-in futbolçusu Qayas Zahid Azərbaycanda oynaya bilər.

Newsport.az Kipr mətbuatına istinadən xəbər verir ki, klubu ilə müqaviləsi yaxın günlərdə başa çatacaq 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Azərbaycan və Türkiyədən təklif alıb.

Bildirilib ki, ölkəmizdən adı açıqlanmayan klubdan göndərilən təklif olduqca yaxşıdır. Ancaq Zahid gələcəyi ilə bağlı son qərarı verməzdən əvvəl bir az daha gözləmək istəyir.

Norveçli futbolçu 2017-ci ildən APOEL-də oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right