“Fənərbaxça” son saniyələrdə vurduğu qolla 2-ci pillədə qaldı

Türkiyə Super Liqasında 40-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, “Fənərbaxça” Super Liqada qalmaq üçün mübarizə aparan “Ankaragücü” ilə görüşdə çətin səfər qələbəsinə sevinib.

Alper Potukun 3-cü dəqiqədəki erkən qoluna elə ilk yarıda Ozan Tufan cavab verib. Matçın uzatma dəqiqələrində fərqlənən Enner Valensiya isə qonaqlara 3 xal qazandıran qola imza atıb.

Beləliklə, xal hesabını 79-a çatdıran “Fənərbaxça” 2-ci pillədə qalıb. Növbəti tur mayın 11-də, son matçlar isə 15-də keçiriləcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right