Türkiyə Super Liqasında 40-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşmasında çempionluq mübarizəsi aparan İstanbul nəhəngləri üz-üzə gəlib.
Çempionatın lideri “Beşiktaş” səfərdə “Qalatasaray”ın qonağı olub. Qalib gələcəyi və “Fənərbaxça”nın xal itirəcəyi halda qızıl medalları təmin edəcək “qartallar” azarkeşlərini sevindirə bilməyiblər.
Düzdür, Rayan Babelin 11-ci dəqiqədəki qoluna Raşid Qezzal 42-ci dəqiqədə cavab verib. Amma ilk yarının uzatma dəqiqəsində fərqlənən Radamel Falkao “aslanlar”ı hesabda önə çıxarıb.
Matçın sonlarında fərqlənən Arda Turan fərqi iki topa çatdırıb ki, bu, qalib gəlməyə kifayət edib. “Qalatasaray”ın bu qələbəsi çempionatda intriqanı qoruyub. Fatih Terimin yetirmələri sona iki tur qalmış 81 xala malik liderdən cəmi 3 xal geri qalır.
Növbəti tur mayın 11-də, son matçlar isə 15-də keçiriləcək.